Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
19.3.2019

Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində martın 21-də, saat 23:45-də Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununu idarə edəcək hakimlər məlum olub.

Oyunun baş hakimi Georgi Kabakov, onun köməkçiləri Martin Marqaritov, Divan Valkov, dördüncü hakim isə Nikola Popov olacaq. Hakimlər briqadası Bolqarıstandandır.

trend.az