Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib
10.4.2019

Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 7-də Xalq yazıçısı Çingiz Abdullayevin 60 yaşı tamam olub.