Niyazinin mənzil-muzeyində Zülfüqar Hacıbəyovun xatirəsi anılacaq
15.4.2019

Aprelin 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 135 illiyi münasibətilə tədbir keçiriləcək.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, sənətdəki xidmətləri vurğulanacaq.

Tədbir çərçivəsində təşkil olunacaq konsert proqramında bəstəkar və xalq mahnıları səslənəcək.