Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə
18.6.2019

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisaslaşmaları seçib hələ təsdiqləməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara qeyd olunan müddətdə ərizələrini təsdiq etmək tövsiyə olunur.

Müsabiqəyə yalnız iyunun 18-i saat 23.59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.


azertag.az