Abidə Menecerləri Forumu çərçivəsində tematik qrup işinin ilk müzakirəsi təşkil olunub
1.7.2019

İyunun 30-da Abidə Menecerləri Forumu çərçivəsində iştirakçıların tematik qrup işinin ilk müzakirəsi təşkil olunub.

"Bugünkü Bakının ən yaxşıları sabahın Bakısıdır" mövzusuna həsr edilən müzakirədə paytaxtımızın nadir memarlığı ilə insanları heyran qoyan qədim və müasir abidələri haqqında geniş fikir mübadiləsi aparılıb. Forumun iştirakçısı olan mütəxəssislər Bakının abidələri haqqında maraqlı fikirlər səsləndiriblər.

Mütəxəssislər şəhərin abidələri ilə yanaşı, ekoloji vəziyyəti və digər mövzularda da müzakirələr aparıblar.

Tematik qrup işinin ilk müzakirəsi müvafiq mövzular üzrə diskussiyalarla davam edib.


azertag.az