Bakıda Çinin Şansi vilayəti ilə Azərbaycanın ticarət və əməkdaşlıq forumu keçirilir
5.7.2019

İyulun 5-də Bakıda Çin Xalq Respublikasının Şansi vilayəti (Sian) ilə Azərbaycan arasında ticarət və əməkdaşlıq forumu işə başlayıb.

Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZRPOMO), Şansi vilayətinin Kommersiya departamentinin və Sian şəhəri Xalq hökümətinin təşkilatçılığı ilə keçirilir.

Forumun açılışında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, AZRPOMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Şansi vilayətinin Kommersiya departamentinin direktorunun müavinj Tan Yunqan çıxış ediblər.


azertag.az