Dünyanın ən gözəl və üstün Qarabağ atları
16.7.2019

"Dünyada 265 cins at var ki, onun da 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilboz atıdır. Qarabağ atları isə bütün cinslərin hamısından üstündür".

Bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi press-turda "Qarabağ Atçılıq Zavodu" MMC-nin direktoru Maarif Hüseynov deyib.