“Musiqi nəzəriyyəsi və solfecio”dan qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək
18.7.2019

“Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33,34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanın Bakı şəhəri üzrə 47 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.

İyulun 23-də “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən keçiriləcək test imtahanının vaxtı saat 10:00-dan 12:00-a keçirilib.