Millimiz yoldaşlıq oyunları keçirəcək
16.8.2019

Futzal üzrə Azərbaycan milli komandasının avqustun 15-dən 24-dək Bakıda, 25-dən 28-dək isə Belarusun Minsk şəhərində təlim məşq toplanışı olacaq.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib.

Qeyd edilir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 26-da və 28-də Belarus milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.