Xalq yazıçısı Hüseyn İbrahimova həsr olunmuş sərgi təşkil edilib
26.9.2019

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Hüseyn İbrahimova həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyev bu il mayın 18-də xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Tədbirdə “Hüseyn İbrahimov yaradıcılığının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rolu”, “Hüseyn İbrahimov yaradıcılığında aktual mövzular” adlı mühazirələr dinlənilib.

Sonra iştirakçılar “Hüseyn İbrahimov - 100” adlı kitab sərgisi ilə tanış olublar.