Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydası təsdiqlənib
27.9.2019

Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nı təsdiqləyib.

“Report” xəbər verir ki, qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.

Qaydanın məqsədləri üçün kitab, almanax və kitabçalar, dövri mətbuat materialları, qəzet və jurnallar, avtoreferat, monoqrafiya və dissertasiyalar, not yazıları, albom və statistik materiallar, xəritə, atlas və kartoqrafik materiallar, afişa, plakat və bukletlər, broşür, bülleten, açıqca və poçt markaları, dərsliklər, dərs vəsaitləri və proqramlar və özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər məcburi nüsxələr hesab edillib.

Qeyd olunub ki, reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.