Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Pik Palas Şahdağ
Baxış sayı:
Avtobus
Bu iddialı inkişaf proqramı üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məsuliyyət daşıyır. İl boyu istirahət və dünya standartlarına uyğun keyfiyyətdə xidmət təklif edəcək “Şahdağ” Turizm Mərkəzinin yaradılması proqram daxilində nəzərdə tutulmuş ən böyük layihədir. Turizm mərkəzi Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir. Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi müxtəlif istirahət növləri arasında seçim edə bilərlər. Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 ədəd yamac veriləcək. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazasında qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif ediləcək. Ən son texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri il boyu mükəmməl qar şəraitini təmin edəcək. Digər qış idman əyləncələrinə aeroxizək sürmə, kanatla dağa qalxma, qarda sürüşmə, tübinq və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında dağda velosiped, tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərdə gəzinti, peyntbol, Bob Kart, ziplayn və daha bir çox əyləncələrdən istifadə etmək mümkün olacaq. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunacaq. Layihənin gedişatında istirahət zonasına həmçinin, qolf, tennis, futbol və basketbol meydançaları, eləcə də akvapark, üzmə hovuzları, spa və əyləncə məkanlarının da daxil edilməsi planlaşdırılır. İstirahət mərkəzinin əsas ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş yeraltı avtodayanacaq istifadəçilərin xidmətinə təqdim olunacaqdır.
Son xəbərlər