Yeni 2014-2015 tədris ilindən etibarən Almaniyada bütün ölkə ərazisində ali təhsil pulsuz olub.
Bu barədə “The Times” nəşri yazıb.
Hamburqda Elm Komitəsinin senatoru xanım Doroteya Ştapelfeldt ödənişli təhsili “sosial ədalətsizlik” adlandırıb. Onun fikrincə, siyasətin əsas vəzifəsi Almaniyada gənclərə elm öyrənmək və keyfiyyətli ali təhsili pulsuz almağa imkan yaratmaqdır.
Yeni qaydalar əcnəbi tələbələrə də aiddir. Lakin xarici vətəndaşların əksər təhsil proqramlarında iştirakı üçün alman dili bilikləri, həmçinin təhsil müddəti ərzində onların ehtiyacsız yaşamasına imkan verəcək maddi gəlirlər haqqında arayış tələb olunur.
Bununla yanaşı ingilis dilində təhsil variantları da var. Bu halda da universitet seçimi kifayət qədər genişdir.
Nəşr yazır ki, Almaniyada təhsil qiymətləri bunadək də yüksək deyildi – bir semestrə təqribən 600 avro.
Gün.Az