Kinorejissor tələbələrlə təcrübəsini bölüşüb
15.10.2014

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış kinorejissor Şamil Əliyevlə görüş keçirilib.

Universitetdən bildirilib ki, kinooperator ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirak etdikləri görüşdə Şamil Əliyev son layihəsi olan “Çölçü” bədii filminin çəkilişlərindən söhbət açıb. Rejissor tələbələrə filmin dramaturgiyası, məzmunu, çəkiliş prosesi, üzləşdiyi problemlər, onların aradan qaldırılması, eyni zamanda film haqqında yazılan rəylər barədə məlumat verib.

Görüşdə rejissor tələbələrin suallarını da cavablandırıb.

Qeyd edilib ki, “Çölçü” bədii filmi 20-dən artıq beynəlxalq kinofestival və forumlarda iştirak edib, çoxsaylı mükafat və diplomlara layiq görülüb.

AzərTAc