28 May stansiyası bağlanacaq
13.11.2014

Yaxın günlərdə “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması ilə əlaqədar işlərə başlanacaq.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, xəttlərin ayrılması çərçivəsində hər biri 100 metr olacaq 2 yeni tunel tikiləcək.

O bildirib ki, ümumilikdə 200 metr olacaq tunelin tikintisi ilə bağlı Fransa şirkəti ilə müqavilə imzalanıb:

“İşin icra müddəti 38 aydır. İşin sonuna yaxın 28 may stansiyası 5 həftə ərzində bağlı qalacaq”,- deyə Nəsimi Paşayev qeyd edib.

Gün.Az