“Bakcell” abunəçiləri 2 gün pulsuz danışacaqlar
3.2.2015

“Bakcell” şirkəti CIN abunəçilərinə pulsuz danışmaq imkanı qazandırır.

Şirkətdən verilən məlumata görə, pulsuz 2 gün kampaniyası çərçivəsində balansını bir dəfəyə minimum 5 AZN məbləğində və daha artıq artıran CIN abunəçiləri növbəti gündən etibarən iki gün ərzində (saat 00:00-dan 18:00-dək) şəbəkədaxili pulsuz danışa biləcəklər.

2 günlük pulsuz danışıq müddəti ayda bir dəfə təqdim olunur.

“Bakcell” abunəçiləri nömrələrinin balansını vahid ödəmə kartları ilə yanaşı onlayn ödəmə, ATM, E Top-up xidməti, ödəmə köşkləri, bank filialları kimi alternativ ödəmə üsulları vasitəsilə artıra bilərlər.

Kampaniya haqqında əlavə məlumatı 5070 nömrəsinə boş SMS (pulsuz) yollamaq və yaxud göstərilən linkdən istifadə etməklə almaq mümkündür: http://www.bakcell.com/az/2-days-for-free

gun.az