Kira Naytli Bakıda!
6.2.2015

Kinomanlara xoş xəbərimiz var.
“Nizami” Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb.

Kinoteatrdan verilən məlumata görə, fevralın 5-dən etibarən “İmitasiya oyunu” və “Yupiterin yüksəlişi” filmlərinin nümayişinə start verilib.

“Oskar” mükafatının səkkiz nominasiyası üzrə qiymətləndirilən “İmitasiya oyunu” filmi Böyük Britaniya və ABŞ kinematoqrafçılarının istehsalıdır. Triller və hərbi-bioqrafik dram janrında olan bu filmi Qrem Murun ssenarisi əsasında rejissor Morten Tildum çəkib.

“İmitasiya oyunu” filmi İkinci Dünya müharibəsi dövründə ingiltərəli məntiqi riyaziyyatçı Alan Tyurinqin Eniqma şifrəsinin sındırılmasında yardım göstərməsindən bəhs edir.

Filmdə baş rollara Benedikt Kamberbetç, Kira Naytli, Metyu Qud, Rori Kinner, Allen Liç, Metyu Bird, Çarlz Dens, Mark Stronq, Ceyms Nortkot, Tom Qudman -Xill və başqaları çəkilib.

Ssenari müəllifliyi və rejissorluğu Endi və Lana Vaçovskilərə aid olan “Yupiterin yüksəlişi” filmi fantastik, döyüş və məcəra janrında çəkilib.

Filmdə Eddi Redmeyn, Mila Kunis, Çenninq Tatum, Ceyms D Arsi, Şon Bin, Duqlas But, Ququ Mbata – Rou, Tappens Midlton, Terri Gilliam, Şarlotta Bomont və başqaları çəkilib.


Gün.Az