Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Beyləqan Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Heydər Əliyev Mərkəzləri mənsub olduğu xalqa bağışlanmış insan ömrünün səhifələrini canlandıran məbədlərə çevrilmişdir. Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin zəngin dövlətçilik siyasətini, azərbaycançılıq məfkurəsini, ümumiyyətlə Ulu öndərin xalqımız üçün xidmətlərinin öyrədilməsi məqsədilə atılan bu addımlar Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında ,respublikamızın hərtərəfli inkişafında böyük rol oynayır. Beyləqan rayon Heydər Əliyev Mərkəzi də bu müqəddəs amala xidmət edir. 2007-cı ildə Heydər Əliyev muzeyi kimi fəaliyyətə başlamışdır. 2012-ci ilin yanvar ayından mərkəz statusu almışdır. Həmin il oktyabrın 28-də yeni binaya köçürülmüş və mərkəzin açılışında cənab prezident İlham Əliyev iştirak etmişdir.

Mərkəz iki hissədən ibarətdir. Birinci ekspozisiya bölməsi, ikinci tədris, təlim tərbiyə və kütləvi tədbirlər bölməsidir. Beyləqan rayon Heydər Əliyev Mərkəzi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği məqsədi ilə yaradılmışdır. Mərkəz gənclərimizin əsl şəxsiyyət kimi formalaşması üçün müstəsna rol oynayır.

Ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolar nümayiş etdirilir. Burada kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar, məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər fəaliyyət göstərir.

Mərkəzin birinci mərtəbəsində rəsm studiyası, fotostudiya, elektron kitabxana, internet otağı, xarici dil kursu və şahmat otağı yerləşir. İkinci mərtəbədə akt, konfrans və ekspozisiya zalları, virtual siniflər yaradılmışdır. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən fotolar yer almışdır. Burada tarixən Azərbaycan ərazisində mövcud olmuş dövlətlər və onların bayraqları xüsusi lazer görüntüləri vasitəsilə nümayiş olunur.

Son xəbərlər