Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Culfa nekropolu
Baxış sayı:
  • Ünvan:
    Məmməd Səid Ordubadi, Culfa, AZ7200
Avtobus

Dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır. Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII- IX əsrlərə aid edilir. Konusvari gövdəli küpə tipli qablar bu dövrdə daha geniş yayılmışdır. Şahtaxtı nekropolundan aşkar olunan bu tip qabların bir qismi boyalı, bir qismi isə boyasızdır. Onların boyalı nümunələri Culfa nekropolundan da bəllidir. Qeyd olunduğu kimi, Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun və Culfa nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarektirik olan gil məmulatı və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu komplekslərin tarixləndirilməsi üçün çaynik və qədəh tipli qablardan, həmçinin digər diaqnostik nümunələrdən istifadə edilmişdir. Bu baxımdan, yanları hər iki tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli olan bu tip qablar yalnız Son Tunc dövrü abidələri üçün xarakterikdir. Ön Asiya tipli xəncərlər buna misal ola bilər. Bu tip xəncərlər Qarabağ kurqanlarından, Xanlar kurqanlarından, Culfa nekropolundan, Talış abidələrindən aşkar edilmişdir.

Son xəbərlər