Bakının abidələri. Bakıdakı tarixi abidələr arasında ən çox maraq doğuran - üç tərəfdən böyük qala divarı ilə əhatə olunmuş qədim
İçərişəhərdir. Şirvanşahlar sarayı və ona aid müxtəlif tikililər kompleksi (məqbərə,
Saray məscidi,
Divanxana,saray hamamı, saray alimi Seyid Yəhya Bakuvinin məqbərəsi (Dərviş turbəsi) burada yerdəşir. İçərişəhərdəki qədim abidələrdən Cümə məscidi də maraq doğurur.
İçərişəhərin küçələri çox darısqaldır. Bəzən evlər arasındakı keçid o qədər ensizdirki, insan əllərini yanlara açanda bütün küçəni tutmuş olur. Buradakı çoxsaylı balaca dükanlarda xalq sənətkarlarının əl işi olan qədim və müasir məmulatlar xalçalar, keramika məhsulları, mis qablar və s. əşyalar almaq mümkündür. İçəri şəhərdəki qədim Karvansara binasındakı restoranlarda Azərbaycan milli mətbəxti ilə tanış ola bilərsiniz.