İsmayıllı rayonunun inzibati mərkəzi İsmayıllı şəhəridir.
Qəbələ rayonu Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir.
Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur.Bum qəsəbəsindəki məscid (XIX əsr), Əmili kəndindəki Alban məbədi (IV əsr), Bayramkoxa kəndindəki
Ustacan qülləsi (IX əsr), Nic qəsəbəsindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki türbələr -
Şeyx Bədrəddin və Şeyx Mənsur (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), eləcə də Həmzəlli kəndindəki Şıxbaba piri (XVI əsr) və Komrad dağının zirvəsindəki Komrad piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).
Nic qəsəbəsinin yaxınlığındakı Yalovlu dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə "Yalovlu təpə mədəniyyəti" adı ilə tanınmışdır.Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır.
Xalq sənəti növlərindən ağac emalı (Vəndam kəndi), dulusçuluq (Qəmərvan kəndi),xalçaçılıq (Laza kəndi və Bum qəsəbəsi) geniş inkişaf etmişdir.
Qəbələ rayonunun Nic qəsəbəsində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.