Salyan rayonu Azərbaycanın cənub-şərqində, bənzərsiz mədəni-tarixi ənənələri, unikal bitki aləmi ilə seçilən, uzun ömürlü sakinləri, balıq xörəklərinin üstünlük təşkil etdiyi özünəməxsus mətbəxti ilə ad çıxarmış ən qədim dövrlərdən məskunlaşmış Lənkəran-Astara regionunda yerləşir.
Respublikanın əsas çaylarından biri - Kür çayı Salyan rayonunun ərazisindən axır. Rayonun şərq hissəsi isə Xəzər dənizinin sahillərinə qovuşur. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxtinin xüsusiyyətlərini şərtləndirmişdir.
"Şirvan" Milli Dövlət Parkı burada yerləşir (2003-cü ildə eyni adlı qoruq yenidən təşkil edilərək milli parka çevrilmişdir).Burada yerləşən "Bəndovan" yasaqlığı 1961-ci ildə salınmışdır. Bu diyar arxeologiya və salamat qalmış tarix-memarlıq abidələri baxımından da maraq doğurur.XX əsrin 70-80-ci illərində burada orta əsrlər dövrünə aid edilən bir sıra obyektlər aşkar olunmuşdur.
Vaxtilə buradakı şəhər yerləri inkişaf etmiş ticarət və sənətkarlıq mərkəzləri olmuşdur.Buradan çoxsaylı keramika, şüşə və daş məmulatlarının tapılması bu fikri təsdiq edir. Sonradan Xəzər dənizində suyun səviyyəsinin artması ilə əlaqədar həmin məskənlər su altında qalmışdır. "Xəzər Atlantidası" deyilən bu ərazinin elmi cəhətdən öyrənilməsi üçün V.Kvaçidzenin rəhbərliyi ilə stasionar sualtı arxeologiya ekspedisiyası yaradılmışdır. Həmin ekspedisiyanın əldə etdiyi tapıntılarla indi Bakıdakı Milli Azərbaycan Tarixi Muzeyində tanış olmaq mümkündür.
Bu rayonda tunc dövründənbaşlamış erkən orta əsrlərədək zaman kəsiyini əhatə edən bir sıraarxeoloji obyektlər də var. Onların arasında Marımlı nekropolu, Kürsəngi kəndində küp qəbrləri nekropolu, indiki Noxudlu və Mahmudabadkəndlərində qədim insan məskənlərinin xarabalıqları xüsusi qeydedilməlidir.
Rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çoxsaylı palçıq vulkanlarından biri Babazanan vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xassəsi yerli sakinləri hələ də cəlb edir.Salyana çatmağa az qalmış Daşgil adlanan ərazidə dəniz sahilinin yaxınlığında daha bir palçıq vulkanı nəzərə çarpır. Daşgil yasaqlığı da burada yerləşir. O, su quşları ovlamaq, kütüm, sazan və Xəzər dənizəndə yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.
Salyan rayonunun inzibati mərkəzi olan Salyan şəhərinin Bakıdan məsafəsi 126 km-dir. Burada XIX əsrə aid edilən qədim məscid dövlət tərəfindənmühafizə edilən memarlıq abidəsidir. Hazırda buraya gələn səyahətçilər və turistlər müasir Karvansaranın xidmətlərindən istifadə edə bilərlər. Burada yerli qədim Azərbaycan mətbəxtinin xörəklərini dadmaq mümkündür.
Salyan rayonuna gələnlər Bakı-Salyan yolunun üstündə, Salyana çatmağa az qalmış, dəniz sahilinin yaxınlığında yerləşən "Kaliforniya" motelində də qala bilərlər.
Biləsuvar rayonu qərbdən İranla həmsərhəddir.Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. Çöl Ağdam, İçəri Ağdam, Torağaylı kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir.
Biləsuvar kiçik şəhərdir. O, Bakıdan 182 km məsafədə yerləşdir.
Cəlilabad rayonu Kür-Araz ovalığının sərhəddində yerləşdir.Cəlilabad rayonunun ərazisi ov üçün əla yerdir. Təqribən 14,7 min hektar sahə meşələrlə örtülüdür. "Zəvvar" ovçuluq təsərrüfatında su quşları ovlamaq olar. Rayonun faunası canavar, dovşan, porsuq, qaban, tülkü, vəhşi ördək, qaz, qartal, turac və digər canlılarla təmsil edilmişdir.
Cəlilabad rayonunun inzibati mərkəzi - Cəlilabad şəhəri Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında Həmşəhrətəpə adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştlik dövründə ari tayfalarından biri - məşhur maqlar tayfası məhz burada yaşamışdır. Maqlar qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Buinsanlar o qədər bacarıqlı idilərki, zaman keçdikcə həmin qəbilənin adıxüsusi isimə çevrilərək "Magiya"şəklinə düşmüşdür. Həmşəhrətəpə şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görəmüqəddəs içki sayılan Xaoma hazırlamaq üçün vasitələr tapılmışdır.
Rayonərazisində çox saylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamışerkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.
Şəhər lap əvvəldə Xasılı adlanırdı. Sonradan onun adı dəyişdirilərək Astraxanbazar kimi işlədilməyə başladı. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalının banisi və əvəzsiz baş redaktoru Cəlil Məmmədquluzadənin şərəfinə verilmişdir.Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park, mehmanxana və motel vardır.
Masallı rayonu bu regionun əsas nəqliyyat arteriyası - Azərbaycan paytaxtından cənuba,İrana doğru gedən magistral yolun üzərində yerləşir.