S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı sentyabrın 9-dan 17-dək Brestdə keçiriləcək "Belaya Veja - 2011. Vremya lyubit" adlı 16-cı Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Festival çərçivəsində teatr Elçinin pyesi üzrə və Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin quruluşundada "Zvezda, lyubov i şampanskoe" tamaşasını göstərəcək.
Tamaşada iştirak edirlər: Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov; əməkdar artistlər Rita Əmirbəyova, Elmir Aslanov, Öməq Nağıyev və Naina İbrahimova.