Qızları maraqlandıran xəbər
6.12.2013

AFFA qızlar üçün yeni layihə keçirir.

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan-la birgə yeni layihəyə start verir.

Belə ki, dekabrın 21-də, saat 09:30-da, Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə “3x3 Qızlar turniri” keçiriləcək.

Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.

Qeyd edək ki, turnirdə iştirak etmək istəyənlər AFFA-nın rəsmi saytında olan “Qeydiyyat Blankı”nı doldurub dekabrın 16-dək 3x3@affa.az elektron ünvanına göndərməlidirlər.


Gün.Az