Müğənni Yeni İli Azərbaycanda keçirəcək.
İlin ən gözlənilən acılışının vaxtı bəlli oldu.
Belə ki dünya şöhrətli 5 ulduzlu Rixos otel şəbəkəsinə daxil olan “Rixos Quba Azərbaycan” otelinin acılışı dekabrın 31-də möhtəşəm konsert proqramı ilə qeyd olunacaq.
Pop musiqi ikonası meqastar Tarkan Yeni ili Qubada, əsrarəngiz performans ilə qeyd edəcək.
Türkiyəli ulduz repertuarına daxil olan ən sevilən mahnıları dekabrn 31-dən yanvarın 1-nə keçən gecə otelin möhtəşəm səhnəsində ifa edəcək.
Gecədə eksklüziv hava-fişəng şousu ilə hovuz başında Yeni Il gerisayım mərasimi, Türkiyənin ən məşhur Dj-i, Burak Yeterin iştirakı ilə səhərə qədər non-stop DJ Party və bir çox digər sürprizlərin olacağı gözlənilir.
publika.az