Franslı alimlərinin sözlərinə görə, Kleopatra kimi qədimi misirlilərin üstünlük verdiyi qalın göz makiyajının həm estetik, həm də tibbi xeyirləri ola bilərdi.
“Analytical Chemistry” jurnalında dərc olunan araşdırmada verilir ki bu cür makiyaj müxtəlif göz xəstəliklərinin qarşısını ala bilərdi.
O dövrdə Kleopatranın makiyajda istifadə edilən duzun faydası olub. Aşağı səviyyədə olan duzlardan nitrik oksid maddəsi əmələ gəlir. Bu isə immun sistemini möhkəmləndirir və gözdə infeksiyaya gətirən bakteriya ilə mübarizə aparmağa yardım edə bilər.
Qədimi misirlilərin istifadə etdiyi makiyajı hazırlamaq bəzən bir ay çəkərdi. Bu makiyaj isə gözləri qaraltmaqdan ibarət idi. Amma makiyajın zərərli tərəfləri barədə mülhizələr də irləi sürülür. Amma alimlərinin analizləri aşağı səviyyəli qurğuşununmənfi təsiri ola bilməz.
Philippe Valter deyib: " Bizə məlumdur ki, yunanlarla romalılar makiyajın tibbi imkanlarından agah idilər. Amma biz bunun səbəblərini dəqiqləşdirmək istəyirdik."
Alimlər kiçik miqdarda elektroddan istifadə edərək misirlilərin makiyajda istifadə etdiyi qurğuşun xloridin hüceyrəyə təsirini öyrənməyə çalışıblar.
publika.az