Məryəm Üzerli yenidən Hürrəm oldu - VİDEO
6.12.2013

Türkiyənin ən populyar teleserialına çevrilmiş "Muhteşem yüzyıl"dakı Hürrəm Sultan rolundan sonra fenomenal məşhurluq qazanan aktrisa Məryəm Üzerliyeni reklama çəkilib.

"Narenciye Tanıtım Grubu'"nun sifarişi ilə hazırlanmış "Turkish Citrus" narıngi və portağal reklamları Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın "Muhteşem yüzyıl"ı tənqid etməsindən sonra göstərilməmişdi.

Reklamın Türkiyə ilə yanaşı, Rusiyada da yayımı dayandırılmışdı.

Lakin indi qərar dəyişib. "Moremedia-Puck Communication" konsorsiumu bəyan edib ki, Məryəm Üzerlinin "Hürrəm Sultan" obrazında olduğu reklam 6 ölkədə nümayiş olunmağa başlanıb.
Video

publika.az