Cüdoçu İlham Zəkiyev Avropa çempionu oldu
6.12.2013

Macarıstanda paralimpiyaçılar arasında cüdo üzrə Avropa Çempionatı davam edir.

Tanınmış cüdoçumuz İlham Zəkiyev 100 kq-dan yuxarı çəki kateqoriyasında Avropa çempionu olub.

Bundan əlavə, Sədinə Abdullayeva (57 kq) gümüş medal qazanıb. Xatırladaq ki, 2 gün öncə Ramil Qasımov və Bayram Mustafayev bu turnirdə qitə çempionu, Elçin Talıbov isə qitə 3-cüsü olmuşdu.

Gün.Az