Dünən Fransa parlamentinin qarşısında çox maraqlı bir etiraz aksiyası keçirilib.
Burada bu dəfə şüarlar səsləndirən aktivistlərin əvəzinə, toyuqları tutmağa çalışan polislər və bu səhnəni izləyən turistlər vardı.
Eynicinsli cütlüklərin nikahına qarşı olan La Manif Pour Tous (hamı üçün nümayiş) hərəkatının üzvləri dünən saat 15 radələrində bir avtobusun içində gətirdiyi 450 toyuğu parlamentin qarşısına atmaq istəyiblər.
Hətta avtobusdan düşmək istəməyən toyuqları da məcburi həyətə tullayıblar.
Polisin müdaxilə etməsindən sonra nümayişçilər işlərini yarımçıq qoyaraq qaçmaq məcburiyyətində qalıb.
Həyətdəki toyuqlar isə aləmi bir-birinə qatıb.
Video
publika.az