Bu gün Braziliyanın Mata-di-San-Juan şəhərində futbol üzrə Dünya çempionatının final mərhələsinin püşkü atılacaq.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Reqlamentə
əsasən, mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa
bölünəcək. Artıq komandaların yer aldıqları səbətlər də məlumdur.
Birinci
səbət FİFA-nın reytinq cədvəlinə uyğun müəyyənləşdirilib. Digər
səbətlərdə isə ölkələrin olduğu qitələr nəzərə alınıb. Bu isə o deməkdir
ki, Avropa istisna olunmaqla eyni qitədən olan ölkələr bir qrupa
düşməyəcək. Yalnız Avropa qitəsindən olan iki komandanın eyni qrupda yer
alması qaçılmazdır.
Qeyd edək ki, gələn il Braziliyada
təşkil olunacaq Dünya çempionatının açılış oyunu iyunun 12-nə nəzərdə
tutulub. Final matçı isə iyulun 13-də, Rio de Janeyronun məşhur
"Marakana" stadionunda keçiriləcək.
Birinci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
İkinci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.
Üçüncü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ
Dördüncü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya
Milli.Az