Qoç - Bu gün eyni zamanda bir neçə tendensiyanın təsiri altındasınız, bu səbəbdən də özünüzü dağa-daşa çırpırsınız - hər halda ətrafınızdakılar belə düşünürlər. Bir tərəfdən, rahatlığa olan tələbatınız artır, siz onu əldə etmək üçün gücünüzü əsirgəmirsiniz. Başqa bir tərəfdən isə kiminləsə yarışa girmək həvəsindəsiniz. Bu gün bir çox Qoçlar artıq nikahda olan və ya başqasını sevən biri ilə eşq münasibətləri qurmağa çalışacaqlar.
Qarşınızda yüksək məqsədlər qoyur, amma tez təslim olursunuz. Zəifliklərinizə göz yummağınız sağlam həyat tərzinizi təhlükə altına qoyur.
Buğa - Peşəkar baxımdan gün çox mürəkkəbdir, işdə ciddi irəliləyiş gözləməyin. Vaxtınızın çoxunu münasibətləri aydınlaşdırmağa sərf edirsiniz, maraqların kəsişməsi və mənafelərin toqquşması irəliyə doğru hərəkəti mümkünsüz edir. Qadınlarla əməkdaşlıq məsləhət deyil. Xüsusilə də qadınların rəhbərliyi altında işləyən Buğalar çox əziyyət çəkəcəklər.
Pul almağınız mümkündür. Onu əsasən ailə ehtiyaclarına və yaxınlarınızdan birinin arzularının gerçəkləşdirilməsinə sərf edəcəksiniz. Planlaşdırmadığınız səfərə gedə bilərsiniz, o, uğurlu alınacaq.
Əkizlər - Çox məhsuldar gündür, istənilən məsələni həll edə bilərsiniz. İntellektual potensialınız çox yüksəkdir, xeyli maraqlı ideya və cəsarətli plan fikirləşib tapacaqsınız. Tərəfdaş axtarmağınız da uzun çəkməyəcək. Öz ideyalarınızı dilinizə gətirməyiniz kifayətdir ki, xeyli maraqlı təklif alasınız.
İstənilən görüş, peşəkar və şəxsi xarakterli məsələlərin müzakirəsi üçün əla gündür. Əgər təşbih və təbirlərdən istifadə etməsəniz, kütlə qarşısındakı çıxışınız da əla alına bilər.
Xərçəng - Gərgin və narahatlıq dolu gündür. Ətrafınızdakıların sizin diqqətinizə ehtiyacı var, onlar sizə öz problemlərini danışır, hansısa layihədə iştiraka dəvət edirlər. Bu səbəbdən də özünüzə vacib olan məsələlərin həllinə vaxt ayıra bilmirsiniz. Bir az hiyləgər olun.
Günün ikinci yarısı şərait yaxşıya doğru dəyişəcək. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz. Yaxınlarınız sizi xoş xəbərlə sevindirəcəklər. Maraqlı təkliflər gözlənilir.
Şir - Sizə elə gəlir ki, bütün problemləri bir anda, sanki sehrli çubuğun köməyilə həll etmək olar. Amma bu, illüziyadan başqa bir şey deyil. İstədiyinizi almaq üçün işləməli, hətta can qoymalı olacaqsınız. Bir məsləhət: işə nə qədər tez başlasanız, bir elə yaxşıdır.
Günün ikinci yarısı ətrafınızdakıların güclü təsirini hiss edəcəksiniz. Əsəbi, anlaşılmaz qadınlarla hər hansı bir bağlılığı olan Şirlər isə ciddi mənəvi sarsıntı keçirəcəklər. Kişilərlə ünsiyyət isə daha xoş olacaq.
Qız - Xırda xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Hiss edirsiniz ki, ətrafınızdakı situasiya gərgindir, insanlar anlamadığınız səbəbdən əsəbləşirlər. Şəraitdən baş açmaq cəhdləriniz isə o qədər də uğurlu olmayacaq.
Sizin yaxınlarda verdiyiniz qərarlar tənqid olunacaq. Öz nöqteyi-nəzərinizi yenidən gözdən keçirmək, yeni hərəkət planı fikirləşib tapmaq lazım gələcək. Geri çəkilməyə yeri olmayan Qızlar daha çox əziyyət çəkəcəklər: bu gün siz hər şeydə günahkarsınız, yaxanızı qırağa çəkmək mümkün deyil. Axşama doğru situasiya düzələcək. Yaradıcı potensialınız yüksələcək və sizi narahat edən suallara cavab tapa biləcəksiniz.
Tərəzi - Gün xoş tanışlıqlar, maraqlı söhbətlər, şəxsi həyatınızda yaxşı dəyişikliklər vəd edir. İnsanları yaxşı başa düşür, yeni tanışlarınızı düzgün qiymətləndirir, məhz lazım olan adamlarla maraqlanırsınız. Bir çox Tərəzilər bu gün gələcəklərini təyin edəcək qərarlar verəcəklər.
Peşəkar cəbhədə isə işlər o qədər də ürəkaçan deyil. Ciddiləşə bilmirsiniz, sadəcə, yığılıb qalan problemləri həll etmək istəmirsiniz. Cari işləri isə barmaqarası görürsünüz. Rəhbərlik sizdən narazı olacaq.
Əqrəb - Diplomatik fəaliyyət üçün yaxşı gündür. Danışıqları virtuozcasına aparmaq, düşmən tərəfləri barışdırmaq, onları hətta bir-birilə dostlaşdırmaq sizin əlinizdə su içmək kimi asandır. Başqa sadə və "qaba" məsələlər sizə maraqsız görünür və onların öhdəsindən gələ bilmirsiniz.
Ətrafınızdakılarla münasibətlərdə maraqlı təzad yaranır: insan sizə nə qədər yaxındırsa, onunla dil tapmaq bir o qədər çətindir. Təsadüfi tanışlarla isə çox tez qaynayıb-qarışırsınız.
Oxatan - Bu gün xırda anlaşılmazlıq və fikir ayrılıqları olacaq. Bunlar hamısı işləməyinizə, məqsədə doğru getməyinizə və planlarınızı reallaşdırmağa ciddi mane olur. Siz başqalarının işinə yarınmağa çalışır və unudursunuz ki, sizin tələbləriniz, ideya və gözləntiləriniz də diqqət tələb edir.
Ailə üzvlərinizlə münaqişələr gözlənilir: yaxınlarınız sizi başa düşmürlər. Sizin qanınız qaralır və neqativ emosiyalarınızı büruzə verirsiniz. Gənc Oxatanlar düşünülməmiş hərəkətlərə meyllidirlər.
Oğlaq - Günün birinci yarısı çox sakit keçir, vacib qərarları məhz bu zaman vermək lazımdır. Bu dövrdə cavabını tapa bilmədiyiniz suallar uzun müddət havadan asılı qalacaq və işinizə mane olacaq. Müştərək iş uğurlu ola bilər, amma gərək ortaqlarınız təcrübəli və bilikli insanlar olsunlar, siz də onlardan nəsə öyrənməyə hazır olasınız.
Axşama doğru isə sizin üçün dəyərli insanlarla (həm işdə, həm də şəxsi münasibətiniz olanlarla) münasibətlər gərginləşə bilər. Qadın qohumlarınızla ciddi fikir ayrılıqları gözlənilir. Maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etməyə çalışmayın.
Dolça - Günün necə olması sizin özünüzlə razılıqda olub-olmamağınızdan asılıdır. Əgər əzginsinizsə, özünüzə inamınız yoxdursa, tənbəlliyə meylli olacaq, zəifliklərinizin əsarətinə düşəcəksiniz. Emosiyalarınız ağlınıza üstün gələcək və ən gözlənilməz və lazımsız anda hisslərinizin təsiri altında hərəkət edəcəksiniz.
Daxili münaqişələrini boğmağı bacaran Dolçalar isə günü sakit keçirəcəklər: planlarını həyata keçirməkdə onlara heç kim və heç nə mane ola bilməyəcək. Yalnız səhhətinizə diqqət yetirin, vaxtında tədbir görməsəniz, yüngül soyuqdəymə ciddi fəsadlar törədə bilər.
Balıqlar - Mürəkkəb və riskli layihələrə girişməyin. Vacib problemlərin həllini ləngidin, bundansa cari işlərə diqqətinizi yönəldin. Sizi nəyəsə təhrik edirlər? Vecinizə də almayın: hər kəs közü öz qabağına çəkmək istəyir, sizdən isə istifadə etməyə çalışırlar. Həmçinin siz bir az tənbəlliyə meyllisiniz, bu elə də pis deyil.
Günün ikinci yarısı şənlənəcəksiniz, ətrafınızdakıları da öz xoş əhvalınızla "yoluxduracaqsınız". Yaxın adamlarla dil tapmaq asan olacaq.
Milli.Az