Qoç - arxa plandakı rolun öhdəsindən uğurla
gələcəksiniz. Yardım edin, qayğıkeş olun, eqoist davranmayın, öz
maraqlarınızı ön plana çəkməyin.
İşdə rəhbərliyin, evdə valideynlərin dediklərinə diqqətlə qulaq asın.
Günün ikinci yarısında gələn xəbərləri, təklifi yaxşıca təhlil edin. Yaranan ideyaları reallaşdırmağa tələsməyin.
Yenililiklər, yerdəyişmələr, islahatlar zamanı deyil. Əvvəl başladığınız işləri başa vurmağa tələsin.
Fiziki iş stress və gərginlikdən qurtulmağa yardım edəcək.
Axşam saatları dostlarla ünsiyyətin ayrı həzzi var.
Buğa -
inanılmış tərəfdaşlar və etibar etdiyiniz insanlarla çalışın. Yenilik
və böyük maliyyə xərcləri tələb edən tədbirlərin zamanı deyil.
Məsələləri sərt təzyiq, iradlar və müdaxilələr olmadan həll edin.
Günün ikinci yarısında sənədləşdirmədə problemlər yarana bilər. Sorğu və məktuba cavab gec gələcək.
Son
vaxtlarda yorulubsunuzsa, səhhətiniz gücə düşəcək. Əlahiddə hadisələr
olmadan belə, hansısa məqam səbr kasınızı daşdıran son damlaya çevrilə
bilər.
Uğur səbrli işdə, qeyri-formal ünsiyyətdə, ifrat gözləntilər olmadan xəbər axtarışındadır.
Əkizlər
- hansısa məsələdə gərginlik hiss olunursa, situasiyadakı problemi həll
edin. Tərəfdaşla danışıqlar aparın, anlaşma və ya razılaşmadakı
nüansları araşdırın.
Münaqişələr və güclü emosiyalar
zərərlidir. İşinizlə bağlı xəbərlərə fikir verin. Yeni imkanlar yaranır.
Təkbaşına ciddi nailiyyətlər olmayacaq.
Günün ikinci yarısında hadisələrin episentrində, diqqət mərkəzində olacaqsınız.
Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin, hədsiz dərəcədə tələbkar olmayın.
Xərçəng
- təhtəlşüur səviyyəsində olaraq istənilən problemləri və izafi səyləri
özünüzdən kənarlaşdırmağa çalışırsınız. Amma intuisiyanız sizi
aldatmayacaq. Çalışdığınız insanın "dalğa"sına uyun. Tənbəllik etməyin,
alternativ maraqlara uymayın.
Situasiyaya aktiv müdaxilə etməyin. Sizi narahat edən, işlərdə ləngimə yaradan emosional situsiyada naçar qalmayın.
Günün
ikinci yarısında prioritetlər və məqsədlər dəyişə bilər. Diqqətinizi
yeni obyektə yönəldə biləcək və ya maddi perspektivlərə faydalı
düzəlişlər edəcək tanışlıq istisna deyil.
Ciddi səylər və gərginlik tələb etməyən işlərlə məşğul olun. Yaxınlarınızın maraqlarını, niyyətlərini və əhvalını nəzərə alın.
Şir -
günün ilkin yarısında sizdən sürətli seçim və ya qərar tələb olunur.
Gərəkli vasitələrlə təminatların yoxluğu sizi sinirləndirə bilər.
İstənilən şübhəni təhlil edin. Düşüncələr və müzakirələrdə tələsməyin.
Günün ikinci yarısında tərəfdaşın istəklərini, işin bir hissəsini görmək istəyinin olub-olmadığını nəzərə alın.
Başladığınız
işləri yarımçıq saxlamayın. Şəxsi münasibətlərdə yenilik istəyi
vəziyyəti daha da ağırlaşdıra bilər. Situsiyada bərpa işləri, yardım
istəyənlərə kömək, təmir, yaşam arealının qaydaya salınması ilə məşğul
olun.
Emosional travma almış yaxınınza axşam saatlarında dəstək olun. Valideynlərlə ünsiyyətdə həssas davranın.
Qız -
başqalarının problemlərinə qarışmaq, müraciət olmadan yardım etməyə
çalışmaq, təkid və təzyiq göstərmək cəhdləri təhlükəli nəticələr verə
bilər.
Öz problemlərinizin həlli ciddi yanaşma tələb edir.
Arzulayın, planlar qurun, qatılmaq istədiyiniz oyunun fiqurlarına diqqət yetirin.
Günün ikinci yarısında oyunun qaydaları, iştirakçıları, prioritet və məqsədləriniz dəyişir.
Maddi perspektivlərinizdə düzəlişlərə rəvac verəcək tanışlıq ola bilər.
Böyük gərginlik tələb etməyən işlərlə məşğul olun.
Tərəzi
- maraqlı, amma şərtlərin uğurlu gedişatına rəğmən sadə olmayan gündür.
Uğur və uğursuzluq ötənlərdəki seçiminizin əks-sədalarıdır. Diqqətli
olun, işləri nəzarətdə saxlayın. Münasibətlərdə müdrik və təmkinli
davranın.
Günün ikinci yarısında tərəfdaşınızın təşəbbüslə
çıxış etməsinə imkan verin. Onun səhvlərini, yol verdiyi yanlışlıqları
xatırlatmayın.
Maliyyə məsələlərini həll edin. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin.
Axşam saatlarında sakitlik və stabillik önəmlidir. Amma problemin təcili həllini tələb edən situasiyaya dərhal müdaxilə edin.
Əqrəb
- indi yaşamınızda transformasiyalar dönəmidir. Fondakı hadisələrə və
təmasların ənənəvi sxemlərinə fikir verməsəniz də, baş verənlər sizdən
yan keçməyəcək. Uğurlarınızda və ya tam əksinə, uğursuzluqlarınızda
maraqlı olan insanların diqqətindəsiniz. Karmik düyünlər fəallaşır.
Günün ikinci yarısında emosiyalara uyub düşünülməmiş addımlar atmayın. Uğurlar işinizin nəticəsi ilə bağlıdır.
Axşam saatlarında yaşamınızda yeni mərhələ başlanarsa, perspektivləri dəyərləndirin, sayıq olun.
Oxatan
- günün ilk yarısındakı situasiya konkret emosional vəziyyətdə ən
önəmli ünsürə çevrilə bilər. Yeni məqsədə doğru irəliləyişinizdə sizə
mane olan əlaqələr və ya təmaslardan imtina edin. Yaşamın sizi seçim
qarşısında qoyduğu situasiyadan kənara çəkilmək mümkün deyil. Həmin
situsiyada başqası da müəyyənliyə can atır.
Günün ikinci
yarısında asılılıq hissindən qurtulmağa çalışın. Maraqlarda dəyişiklik
etmək, ətrafınızdakı insanlarla tərəfdaşlığa başlamaq üçün əlverişli
zamandır.
Seçim prosesini sürətləndirə biləcək insanla qarşılaşa bilərsiniz.
Oğlaq
- işlərinizə və yaşamınıza müdaxilə etməyə çalışırlar Dəyişikliklər
başlanır, müqavimət yaradan sistem dağılmağa başlanır. Ağrılı proses
olsa da, dözmək gərəkdir.
Situasiyanı adekvat və ən başlıcası, vaxtında dəyərləndirin. Dəyişən şərtlərdə müsbət yönləri tapın.
Günün
ikinci yarısında əlaqələr və təmaslar çevrəsini genişləndirin.
Qarşılıqlı mənfəət verən əməkdaşlıq variantlarını axtarın, cari
məsələləri müzakirə edin.
Ənənəvi münasibətlər sınağa çəkilə bilər.
Tərəfdaşa
təzyiq etməyin. Sizi dinləmək istəməyən insana nəyisə başa salmaq cəhdi
əbəsdir. Əldə olunmuş mövqeləri saxlamaq üçün neqativ təmaslardan
yayının.
Dolça - uğurla yanaşı, problemlər vəd edən gündür. Hər şərtin öz müəyyən nəticəsi var.
Məqsədə doğru aparan yolda çətinliklər və maneələrlə qarşılaşacaqsınız.
Rəqabətdə qalib gəlmək üçün qüvvə və imkanlar tapın. Yaşam sizi bəyənmədiyiniz seçimə vadar edə bilər.
Günün ikinci yarısında sizə olan rəğbət, nüfuzlu insanın dəstəyi karınıza gələcək.
Yaxşı məsləhəti qulaqardına vurmayın.
Yaşam arealında qayda yaradın. Təmirə başlaya bilərsiniz.
Balıqlar - bir qədər nəfəs dərin, ətrafınıza baxın.
Yeni
orientirlər və prioritetlər seçmək zamanıdır. Sizi maraqlı informasiya
gözləyir. Yeni mövzu və ya hadisəyə qatılmalı olacaqsınız.
Daxili gərginlik və tələbatın səviyyəsini aşağı salmağa çalışın.
Günün
ikinci yarısının hadisələri sınaqdır və bu sınaqların sayəsində indi
diqqət mərkəzinizdə olan nəsnələrin dəyərini biləcəksiniz.
Borcları qaytarmaq, vədləri yerinə yetirmək zamanıdır.
Eqoist, ifrat tələbkar, səbrsiz olmayın.
Səhhətinizə fikir verin.
Milli.Az