Türk qəhvəsi YUNESKO-nun siyahısına salınıb
9.12.2013

YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında türk qəhvəsi Türkiyənin müraciəti əsasında Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ siyahısına salınıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin elmi araşdırma və təhsil üzrə baş direktoru Əhməd Arı bildirib ki, bu qərar beynəlxalq ictimaiyyətin türk qəhvəsinə olan marağını daha da artıracaq, onu bir az da dolğun və kamil şəkildə gələcək nəsillərə ötürməyə imkan verəcək.

salamnews.org