Milli Məclis 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul edib.
Müraciət MM-in bu gün başlayan yaz sessiyasının ilk iclasında səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri Oqtay Əsədov deyib ki, MM adından hazırlanmış müraciət BOK-a göndəriləcək.