Bəzən ədəbiyyat gələcək hadisələri peyğəmbərcəsinə görə bilir. Xüsusən,
fantastika janrında yazılan əsərlərdə sualtı qayıqlar, hava
bombardmanları, videoçəkilişlərin təsvirləri, bunların ixtira
edilməsindən xeyli əvvələ təsadüf edir.
Amma Amerika yazıçısı Morgan Robertson-un (1861-1915) bir əsəri ilə yəqin heç nə müqayisə oluna bilməz.
Söhbət onun 1898-ci ildə yazdığı "Futility" adlı qısa romanından gedir.
Əsərdə sudabatmaz sayılan, amma Atlantik okeanını keçərkən aysberqlə
toqquşub məhv olan dəbdəbəli səyahət gəmisindən bəhs edilir. Gəminin adı
isə "Titan"dır!!!
Bu əsər 1912-ci ildə məşhur "Titanik" gəmisinin batmasından 14 il qabaq yazılıb.
Əsərdəki gəmidə xilasedici qayıqların sayı da "Titanik"dəki kimi
yetərsiz olur. Bir çox başqa detallar da reallıqda baş vermiş faciəni
xatırladır.
Bu, Morgan Robertson-un yeganə belə əsəri deyil.
Ölümündən 3 il qabaq - 1912-ci ildə o, "Beyond the Spectrum" hekayəsini yazmışdı.
Hekayədə Amerika ilə Yapon İmperiyası arasında müharibədən danışılır.
Yaponlar Amerika üzərinə genişmiqyaslı hücum etməyib onun Havay adaları
və Filippin ətrafındakı gəmilərini batırırlar. Bu da iki ölkə arasında
müharibənin başlanmasına səbəb olur.

"Titanik" gəmisi, 1912
İki qüdrətli dövlətin reallıqda toqquşması isə bundan təxminən 30 il
sonra - 1941-ci il dekabrın 7-də baş verəcəkdi. 2-ci Dünya Müharibəsində
Hitlerin müttəfiqi olan yaponlar qəfil hücumla amerikanların Havay
adalarındakı "Pearl Harbor" hərbi bazasını bombardman edəcək. saat
yarıma 2300-dən çox amerikalını öldürüb 18 gəmini batıracaqdılar. İki
ölkə arasında müharibə belə başlanacaqdı...
publika.az