Barselonada 60 milyon avroluq toy
9.12.2013

Dünyanın ən varlı ailələrindən olan polad sənayesi “Arcelor Mittal” firmasının rəhbəri Lakşmi Mittalın 26 yaşlı qardaşı oğlu Şristinin toyu üçün Barselonada böyük bir mərasim təşkil edilib.

3 gün davam edən toy üçün şəhər mərkəzində sahil kənarındakı lüks Arts Hotelin hamısı ailə üçün kirayəyə götürülüb.

Mittalın toy üçün xərclədiyi pulun 60 milyon avro olduğu bildirilib.

publika.az