Abşeron bağları neçə milyon avro qazandıra bilər? - Video
10.12.2013

Türkiyə 90%-ni Avropa ölkələrinə ixrac etdiyi ilbizdən ildə 13 milyon avrodan çox gəlir əldə edir.Publika.Az türk mediasına istinadən xəbər veri ki, Fransa, İspaniya, İtaliya, Litva, Çexiya Respublikası, Rumıniya və Makedoniyaya bu ilin 10 ayında ixrac edilən 784 ton ilbiz 4 milyon 406 min 956 avro gəlir gətirib. Bunun təxminən 4 milyon avrosu Fransaya edilən ixracatdan əldə edilib.

İlbizin qabığını Fransa, İtaliya, Yunanıstan, Litva, Çexiya, Rumıniya, Makedoniya, Sudan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreyaya satan Türkiyə oktyabr ayından etibarən 800 ton ilbiz qabığından 3 milyon 612 min 503 avro qazanıb.

“Xammal idxal edib işləyirik”


Bu sahədə fəaliyyət göstərən firmalardan “Kocaman Balıkçılık”ın İdarə heyəti rəhbəri Osman Kocaman Türkiyədə olduğu halda istehlakı olmayan məhsulları işləyib ixrac etdiklərini, quru ilbiz, dəniz ilbizi, qurbağa, göl gümüşü satdıqlarını deyib.

“Son illərdə keyfiyyət və gigiyenaya verilən əhəmiyyətə görə ilbiz istehsalında Avropada ən böyük firma ünvanını qazanmışıq. Həmçinin Bolqarıstan və Yunanıstandan da canlı ilbiz idxal edib işləyib ixrac edərək artan tələbə cavab verməyə çalışırıq”.
Video

publika.az