9 yaşlı azərbaycanlı öz ifası ilə San-Remo ulduzlarını salamlayır - Video
10.12.2013

9 yaşlı balaca İlyas San-Remo qalibi Albano Karrizinin Romina Pauerlə birgə ifa etdiyi “Liberta” mahnısına öz orijinal ifası ilə yeni çalar qatıb. İtaliya estradasının superulduzu Albano Karriziyə “Bakıya xoş gəlmisiniz, əziz Albano Karrizi!” deyən balaca İlyas mahnının sonunda insanları Allaha təslimiyyətə çağıraraq bütün insanlıq üçün dua edib.

Xatırlatmaq istərdik ki, dekabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Baku Crystal Hall”da ötən illərin İtaliya estradasının əfsanəvi ifaçılarının iştirakı ilə “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert keçiriləcək.
Video

publika.az