Marsda həyat var?
10.12.2013

Qədimdə Marsdakı şirin su gölündə həyatın olduğu ehtimal edilir.

Bu haqda "Sceince" elmi jurnalı "Curiosity" mars planetinin Sarı Bıçaq Körfəzi (Joltıy Noja ) və Qeyla kraterində apardığı araşdırma ilə bağlı xüsusi buraxılış çap edib.

Verilən məlumata 3,6 milyard il öncə Geyla kraterində belə bir göl olub. Onun suyu şirin olmaqla yanaşı, tərkibində, karbon, oksigen, hidrogen, azot və kükürd kimi həyat üçün vacib elementlər də olub.

Alimlərin belə qənaətə gəliblər ki, orada çoxlu belə gölllər mövcud olub və həmin su hövzələrində aerob bakteriyalar yaşayıb. Sonda alimlər "Curiosity" aparatının 2013-cü ildə Marsda apardığı tədqiqatların nəticələrindən razı olmadıqlarını bəyan ediblər.

ANS PRESS