Günün qoroskopu
10.12.2013

Qoç - çətinliklər az deyil. Ruhdan düşməyin, onları tezliklə və qətiyyətlə dəf etməyə çalışın. İşlərdə təşəbbüskar olun. Ən yaxşı nəticə əldə etmək üçün atacağınız addım barədə intuisiyanız sizə xəbər verəcək.

İşgüzar tərəfdaşlarla münasibətlər dinamik inkişaf edəcək. Çoxdan arzuladığınız anlaşmaya nail ola bilərsiniz.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Nüfuzlu və hadisələrə təsir imkanlarına malik insandan dəstək ala bilərsiniz.

Qısamüddətli səfərlə bahəm, səyahət üçün əlverişli zamandır. Maraqlı, hətta romantik tanışlıq istisna deyil. Yaxın ətrafınızdakı insanlarda rəğbət oyadın.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə yaranan probelmləri tezliklə və uğurla həll etmək imkanları var.
Sizin üçün mühüm məsələlərdə ciddi irəliləyişə nail olmaq imkanları var.
Günün ikinci yarısında potensial iş yerinin rəhbəri və ya sifarişçi ilə görüşərək danışıqlar aparmaq alar.

Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Planlarınızı reallaşdırmaq, çoxdan bəri can atdığınız məqsədə doğru sürətlə irəliləmək olar.
Axşam saatları romantik münasibətlər üçün pis zaman deyil. Təmaslar harmonik və rahat olacaq.

Əkizlər - qarışıq, mürəkkəb və laübəli gündür. Ehtiyatlı və soyuqqanlı olun. Ciddi səhvlərə yol verməməyə çalışın. Etibarını indiyədək bir neçə dəfə sübut etmiş insanlara inanın. Yeni tanışlarla sayıq olun. Onlar sizə kömək edəcəklərini desələr də, dəstək ümid etdiyiniz kimi olmayacaq.
Günün ikinci yarısı yeni planın reallaşdırılmasına başlamaq üçün pis deyil. Yaşlı qohumlardan biri ilə münaqişə yarana bilər. Problemin ağırlaşmasına səbəb olmayın.

Xərçəng - mənfi təmayüllərin təsiri güclü olsa da, sayıq, soyuqqanlı və təmkinli olun. Sonradan pərişanlıq yarada biləcək səhvlərə yol verməyin. Qəfil səfər, vizit, xoşagəlməz görüş istisna deyil. Gərəksiz və mənasız insanlarla təmaslardan uzaq olun.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək, alış-verişdə pul xərcləmək məsləhət deyil. Yaxınlarınız sizə dəstək verəcək. Amma çətin situasiyada onlar sizə yardım edə bilməyəcəklər.
Axşam saatlarında kəskin başağrısı yarana bilər.

Şir - işdə həmkarlar və rəhbərliklə mübahisələr əhvalınızı korlaya bilər. Bu səbəbdən də planlaşdırdığınız işlərin öhdəsindən gəlməyə bilərsiniz.
Qəfil maliyyə problemləri yaranacaq. Planlaşdırılmamış xərclər səbəbindən alış-verişi və əyləncəni təxirə salın.
Nüfuzlu insanlarla ünsiyyət zamanı diqqətli olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əlverişli durumdur. Gərəksiz təşəbbüslərə əl atmayın, hadisələrin axarına müdaxilə etməyin. Yeni tanışlıqlar məsləhət deyil. Yeni tanış olduğunuz insanı dürüst qiymətləndirmək çətindir.

Qız - ünsiyyətdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanları çətinliklə anlayırsınız. İndiyədək əla münasibətinizin olduğu insanlar belə, sizə qarşı iradlar və iddialarla çıxış edə bilərlər. Yaşlı qohumlar istisnadır: onlar sizi tez başa düşəcəklər.
Planlaşdırılmamış alış-veriş etməyin. Qənaətcil olun, bədxərclik etməyin.
Günün ikinci yarısı neytraldır. Kiçik itkilər mümkün olsa da, yeni gəlir mənbələri tapmaq olar. Günün hadisələrindən çox ünsürü əxz etmək olur. Bu təcrübə tezliklə karınıza gələcək.
Axşam saatlarında gəzinti üçün vaxt tapın.

Tərəzi - çətin, qarışıq, laübəli gündür. Əvvəlcədən hazırlanmış plan pozulanda, hadisələr təxminlənən məcrada inkişaf etməyəndə səbrinizi itirməyin. Yaxın ətrafınızdakılar sinirli olduğunuzu görür, sizdən uzaq durmağa çalışırlar.
İşdə həmkarlar və rəhbərliklə münaqişə ehtimalı var.
Ən pisi isə budur ki, mənfi emosiyalar sizə çoxdankı planı reallaşdırmağa mane olur.
Sakitləşin, soyuqqanlı olun. Belədə ciddi uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısında məişət texnikası, kompüter, rabitə vasitəsi almaq məsləhət deyil.
Diqqəti cəlb etmək asan deyil. Özünüzü çətinliyə saymayın. İzafi səylər sizi naqolay vəziyyətə sala bilər.

Əqrəb - müsbət təmayüllərin təsiri güclüdür. Gün məhsuldardır. Məsuliyyətli və ciddi olun. Səhvlərə yol verməyin. Belə yanlışlıqlar sizə uğur qazanmağa mane ola bilərlər.
Yeni işlərə başlamaqdan çəkinməyin. Problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. Günün ikinci yarısında gəlir istisna deyil.
Mühüm məsələləri yazışma vasitəsilə də həll etmək olar.
Axşam saatlarında normal istirahət edin.

Oxatan - ehtiyatlı və sərrast olun. Gün o qədər də əlverişli deyil. Təhlükə və travma, xoşagəlməz sürprizlər və çətin situasiyalar riski çoxdur.
Sizinlə manipulyasiya etmək, güzəştlərinizdən bəhrələnmək fikrində olanlar var. İşdə həmkarlarınızla fikir ayrılığı ola bilər. Ədalət uğrunda apardığınız mübarizə effekt verməyəcək.

Günün ikinci yarısı romantik münasibətlərə başlamaq üçün əlverişli deyil. Təmaslar rəvan deyil, çoxlu problemlər və təşvişlər vəd edir.
Axşam saatlarına yaxın vücudunuzda ağrılar yarana bilər.
Evdə qalın, əyləncə üçün uzaq məkana yollanmayın.

Oğlaq - mənfi təmayüllərin təsiri güclü olsa da, çətinliklərin öhdəsindən gəlməyə çalışın. Birmənalı olmayan situasiyalarda nəyə qadir olduğunuzu göstərin. Həmkarlarla kiçik anlaşılmazlıqlar və mübahisələr istisna deyil. Fəqət, istənilən mübahisədə qarşı tərəfi asanlıqla üstələcəyəksiniz.
Günün ikinci yarısı nüfuzlu şəxslə görüş, müttəfiq və tərəfdaş axtarışları üçün əlverişlidir.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Çoxdan bəri rəğbət bəslədiyiniz insana tərəf ilk addımı siz atın. Alış-verişdə bədxərclik etməyin. İmiclə eksperimentlər uğurlu olacaq.

Dolça - münasibətlərdəki inkişaf üçün əlverişli zamandır. Düşərli gün olduğundan bir çoxlarının çeşidli problemlər ucbatından geri çəkildiyi sahədə irəliləyişə nail ola bilərsiniz.
İdeyalar pis deyil. Onları bölüşməkdən qorxmayın. Planınızı və ya layihənizi reallaşdıra biləcəyiniz həmfikir tapa biləcəksiniz.

Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılıqları yaşana bilər. Ailə üzvlərinin xətrinə dəyməyin. Yaşlı qohumlarla dil tapmaq çətindir.
Uzunmüddətli planların müzakirəsi üçün əlverişli vaxt deyil.

Balıqlar - mühüm məsələlərin həlli üçün əlverişli gündür. Ciddi və məntiqli olun. Başladığınız istənilən işə məsuliyyətlə yanaşın. Mühüm ola biləcək faktlarla təfərrüatları diqqətdən qaçırmayın.
Analitik iş, hesabat və biznes-plan hazırlanması üçün əlverişli zamandır.
Günün ikinci yarısında həmkarlarınızla fikir ayrılıqları yarana bilər. Onların sizə təzyiq göstərmələrinə imkan verməyin.
Yaxınlarınızla ixtilaflar yaratmayın. Dostlarla görüş və romantik münasibətlər sizi sevindirəcək. Səfər və ya səyahət uğurlu olacaq.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.

Milli.Az