Şahrux Xan Bakıya gələcək
11.12.2013

Hind aktyoru Şahrux Xanın Dubaydakı konsertinə gedən rəqqasə Oksana Rəsulova sənətçi haqqında yeni xəbər verib.
Ifaçı “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə açıqlamasında aktyorun Bakıya gələcəyini bildirib:

“Konsert çox gözəl keçdi. Şahrux Xanı gördüm: balacaboy, üzü tüklü, arıq. Xəyalımda canlandırdığım o böyük, yaraşaqlı biri deyildi. Gözümdə adiləşdi. Amma o səmimiyyət, sakitlik gözlərindən görünür.

Sizə bir sirr açım: Şahrux yaxın günlərdə Bakıya gələcək. Böyük bir layihədə iştirak edəcək. Əgər alınsa, həmin layihədə mən də yer alacam”.
Oksana aktyor üçün Dubaya getməkdə onu qınayanların cavabını da verib: “Getmişəm, əcəb etmişəm. Sevdiyim, pərəstiş etdiyim aktyorla görüşdüm. Bunun nəyi pisdir ki?!”

publika.az