Ölü dəniz ölümdən xilas ediləcək
11.12.2013

İsrail, İordaniya və Fələstin muxtariyyəti Qırmızı dənizi Ölü dənizlə birləşdirən boru kəmərinin çəkilişi barədə saziş imzalayıblar.

Layihənin vəzifəsi Ölü dənizi qurumaqdan xilas etməkdir.

Alimlərin fikrincə, əsrin ortalarına yaxın bu dəniz yox ola bilər.

Boru kəmərinin çəkilməsində şor suyu şirinləşdirərək bütün iştirakçı ölkələrə paylayan qurğu da işləyəcək.

Bu barədə məlumatı “euronews” televiziya kanalı yayıb.

Gün.Az