Xanım Obama ərini qısqandı – Foto
11.12.2013

Barak Obamanın hərəkəti həyat yoldaşını qısqanclıq krizinə saldı.

ABŞ Prezidenti Barak Obama Nelson Mandelanın cənazə mərasimi ilə bağlı getdiyi Cənubi Afrikada Danimarkanın baş naziri Helle Törninq Şmidti görüncə həyat yoldaşını unudub.

Həyat yoldaşını Şmidtə olduqca səmimi görünən Mişel Obama isə qısqanclıq krizinə girib.

Xanım Obama bu vəziyyətə əsəbiləşib və həyat yoldaşının yerini dəyişdirməsini istəyib. Barak Obama da bu istəyə qarşı çıxmayıb və yerini dəyişdirmək məcburiyyətində qalıb.

Mişel Obama Şmidt ilə həyat yoldaşının arasında əyləşib.


Gün.Az