Keyt Uinslet ana oldu
11.12.2013

Aktrisa Keyt Uinsletin oğlu dünyaya gəlib.

“People” jurnalına istinadən verilən xəbərə görə, uşaq dekabrın 7-də Sasseks qraflığında doğulub.

Aktrisanın mətbuat xidmətinin məlumatına görə, ana və yeni doğulan körpə özünü yaxşı hiss edir. Körpə 38 yaşlı Uinslet ilə 34 yaşlı Ned Roknrollun birgə nikahından doğulan ilk uşaqdır. Uinslet və Roknroll 2012-ci ilin dekabrında ailə qurub.

Uinsletin daha iki övladı var - 13 yaşlı Mia və 10 yaşlı Co və bu uşaqlar əvvəlki nikahlardan - rejissorlar Cim Triplton və Sem Mendesdən dünyaya gəlib.

Gün.Az