Bakıda “Yaponiya döyüş sənətinin tarixi” adlı sərgi açılacaqdır
2.2.2012

Fevralın 3-də Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın ölkəmizdəki səfirliyi, Yaponiya Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Bakıda “Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi açılacaqdır.
Azərbaycan Milli İncəsənət Muzeyindən bildirilmişdir ki, iki hissədən ibarət sərgi Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə təşkil ediləcəkdir. Sərgidə ox, yay, zirehli paltar, dəbilqə kimi döyüş əşyalarının əsli və ya reproduksiyaları nümayiş olunacaqdır.
Səyyar sərgi bir ay davam edəcəkdir.