Təbrizdə nəşr olunan nüfuzlu “Ərk” qəzetində tərtib edilmiş ənənəvi ədəbiyyat səhifəsində materiallar ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində oxucuların görüşünə gəlmişdir.
Səhifədə Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin vəfatından bəhs edən məqalə, Azərbaycan nağılları silsiləsindən – “Yeddi dəmir çıraq”, “Novruz bayramı barədə düşüncələr”, “Ana yurdum”, “Həsrətindəyəm” şeirləri və s. maraqlı yazılar yerləşdirilmişdir.
AzərTAc