Bakıda 20 seriyalı filmin çəkilişlərinə başlanılıb
12.12.2013

Bakıda bütün dünyanın sosial probleminə çevrilən narkomaniyanın yaratdığı faciələrdən bəhs edən “Ağ ölümün kölgələri” adlı 20 seriyalı filmin çəkilişlərinə başlanılıb.

Ssenari müəllifi və quruluşçu rejissoru Nadir Muqbilov olan serialda “ağ ölüm”ə qurşananların faciəli həyatı ilə yanaşı, döyüş səhnələrinə də xüsusi yer ayrılıb.

Filmdə Əməkdar artistlər Suqra Bağırzadə, Azad Şükürov, Aydın Əliyev və başqaları rol almışlar.

Bu ekran əsərinin ikinci rejissoru Fikrət Məmmədov, səs operatoru Eldar Şahverdiyev, prodüseri Elçin Ağayev, bəstəkarı Zaur Zeynaldır.

Rejissor Nadir Muqbilov “Hökm”, “Qara bazar” və “Prokuror” filmləri ilə tamaşaçılara yaxşı tanışdır.

ANS PRESS