Azərbaycanlı veteranlar "qaliblər balı"nda - VİDEO
12.12.2013

Qızıl Ordunun Hitlerçilərə qarşı əks hücuma keçməsinin 72-ci ildönümü münasibətiylə Moskvada təşkil edilən ənənəvi “Qaliblər balı”nda 500-ə yaxın müharibə iştirakçısı iştirak edib. Azərbaycanlı veteranların da qatıldığı “Qaliblər balı” veteranların rəqsləri ilə yadda qalıb.

Millət vəkili, İosif Kabzon tədbirin vətən müharibəsi iştirakçıları və gənclər üçün çox əhəmiyyətli olduğunu deyib. "Çünkü canlarını bu günümüz üçün fəda edən insanların qəhramanlıqları sayəsinde biz bu gün belə rahat yaşayırıq. Məni kədərləndirən tək şey isə aramızda olan bu qəhramanların ildən ilə çox yaşlanmalarıdır. İstərdim ki onlar həmişə gənc qalsınlar”.

Hazırda paytaxt Moskvada ikinci dünya müharibəsi veteranlarının sayı 30 min nəfərə çatır. Bu ötən ilki rəqəmlərlə müqayisədə 10 min nəfər azdır.

VİDEO