“O səs Türkiyə”də Azərbaycan mahnısı - VİDEO
12.12.2013

“O səs Türkiyə” yarışmasının üçüncü mərəhələsində maraqlı anlar yaşanıb.

Hasan Doğru adlı iştirakçı sözləri Rəsul Rzaya, musiqisi Tofiq Quliyevə məxsus olan “Yalqızam” mahnısını ifa edib.

O, əsəri səsləndirməzdən öncə ekranda mahnının azərbaycanlı müəlliflərə məxsus olduğu da qeyd olunub. Adaşı Hasan Qurdla yarışan Hasan Doğru “Yalqızam”ı mükəmməl şəkildə ifa edərək komandanın rəhbəri Gökhandan müsbət rəy alıb və növbəti mərhələyə vəsiqə qazanıb.

VİDEO

xezerxeber.com