Günün qoroskopu
13.12.2013

Qoç - yaxınlarınızla ünsiyyət, son vaxtlar yaranmış fikr ayrılıqlarının nizamlanması üçün yaxşı gündür. Son vaxtlaradək münaqişədə olduğunuz və ya sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapa bilərsiniz.
 
Ailədə stabil vəziyyətin bərqərar olması üçün ciddi güzəştlərə və ya qurbanlara ehtiyac duyulmur.
 
Günün ikinci yarısında uzunmüddətli planlaşdırma ilə məşğul olarkən niyyətinizin perspektivlərini dəqiq qiymətləndirin.
Maliyyə məsələlərini həll etmək, əmlak bölgüsünü reallaşdırmaq, müvafiq sənədləşdirmə aparmaq olar.
 
Buğa - çox nadir rast gəlinən stabil emosional fona malik gündür. Yaşananlara rəğmən sakit, soyuqqanlı olun. Məntiqli davranın, baş verənlərə təmkinlə reaksiya verin. Çoxdan bəri həllini gözləyən və sizi narahat edən müşkülün çözümü üçün əlverişli zamandır.
Günün ikinci yarısında qohumların dəstəyinə ehtiyac var. Zəruri güc, qüvvə və dəstəyi ailədə tapacaqsınız. Ev işləri ilə məşğul olun. Belədə yaxşı ideyalar yarana bilər.
 
Əkizlər - istənilən formada hiyləgərlik və intriqa ilə müqayisədə səmimiyyətlə aşkarlığın daha güclü olacağı gündür. Bədxahlarla rəqiblərə qarşı aqressiv olmayın.
Bir sıra çətinlikləri birlikdə dəf edəcəyiniz yeni dostlarınız ola bilər.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə yollanın. Ünsiyyəti məhdudlaşdırmayın. Orijinal, hətta ekstravaqant davrana bilərsiniz. İndiki fəaliyyətinizin bəhrəsini az sonra görəcəksiniz.
Əməklərinizə görə dərhal mükafat alacağınızı düşünməyin.
 
Xərçəng - çalışdığınız sahədə və ya işdə fikir ayrılıqları ola bilər. Rəhbərlik və ya sifarişçi ilə mübahisə istisna deyil. Vaxtında güzəştə getməyi bacarın ki, fəaliyyətinizin mənfi nəticələri olmasın.
Şərik, həmkar və ya tərəfdaşla mübahisələr yaşana bilər.
 
Günün ikinci yarısında mövqeyinizi qorumaq, müdafiə etmək asan olmasa da, bu işin öhdəsindən gəlin.
Bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin. Dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyətə vaxt tapın. Son vaxtlar onları narahat edən istənilən problemi müzakirə edə bilərsiniz. Problemlərin həll yollarını arayın.
 
Şir - səfər, səyahət, şəraitin dəyişdirilməsi, köç üçün əlverişli zamandır. Dayanmayın, hərəkət edin. İradəli olun. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin Yaxın ətrafınızdakı insanları ruhlandırın. Pərişan olan, ruhdan düşənlərə ürək-dirək verin. Çətin vəziyyətə düşənə yardım edin.
Sizi maraqlı görüş gözləyir.
Günün ikinci yarısında qarşılaşacağınız insanla bağlı tələsik qərar verməyin. İlk təəssürat aldadıcı ola bilər.
 
Axşam saatlarında normal istirahət edin.
 
Qız - əlverişli emosional fona malik gündür. Əhvalınız xoş olacaq. Dostlarla görüş, yeni planların hazırlanması, fərqli istiqamətin bəlirlənməsi üçün yaxşı zamandır.
Yaxın ətrafınızdakı insanların yaşamı, onların problemləri və qayğıları ilə maraqlanın.
Psixoloq olun.
Günün ikinci yarısında alış-verişə çıxa bilərsiniz.
Qəfil gəlir ola bilər. Dəyərli hədiyyə istisna deyil. Yaşamınızda köklü dəyişikliklərin rəhni olacaq qərar qəbul edə bilərsiniz.
 
Tərəzi - bu gün tək qalmayın, tənhalığa qapılmayın. Sizi sevən və anlayan insanın dəstəyi çox önəmli ola bilər. Bədxah və ya rəqiblə təmaslar sizi usandıracaq. Əlaqələrdə diqqətli, davranışınızda sayıq olun.
Günün ikinci yarısında intuisiyanız güclənəcək. Yaranmış situasiyanın yeni yönlərini aşkarlayacaq, dürüst qərar qəbul edəcəksiniz.
Köhnə tanışlarla qarşılaşın. Onlarla görüş və söhbət qarşınızda yeni perspektivlər yarada bilər.
 
Əqrəb - yaxın ətrafınızdakı insanlarla fikir müxtəlifliklərinin aradan qaldırılması, şəxsi münasibətlərdəki problemlərin həll olunması üçün əlverişli zamandır. Məqsədlərlə prioritetləri müəyyənləşdirin. Dəqiqləşdirmələr aparın. Məqsədə çatmağın yollarını arayın. Hədəfə çatmaq o qədər də çətin deyil.
Kəsilmiş münasibətlərdən birini bərpa etmək istəyirsinizsə, tələsməyin. Bu təmasın sizə, gerçəkdən də, lazım olub-olmadığını bəlirləyin.
 
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Pullarınızı yalnız özünüzə yox, yaxın ətrafınızdakı insanlara da sərfəli şəkildə sərf edin.
Müdrik, həyata bələd insanlarla daha çox ünsiyyətdə olun. Onların təcrübəsi sizə faydalı ola bilər.
 
Oxatan - iradəli və qətiyyətli olsanız, ciddi uğur əldə edə bilərsiniz. Şərtlər heç də əlverişli deyil. Situasiyanı araşdırın. Bütün çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru inadla, qətiyyətlə irəliləyin. Nüfuzlu, amma bir qədər ədalətli insandan dəstək almağınız istisna deyil.
 
Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Başlayacaq yeni münasibətlər qəfil, gözlənilməz məcrada inkişaf edəcək. İntuisiyanıza güvənin. O, sizə necə hərəkət etməyin gərəkdiyini deyəcək.
Axşam saatlarında qiymətli hədiyyə almağınız istisna deyil.
 
Oğlaq - neytral gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün səylər göstərmək gərəkdir. Başladığınız işin uğur səviyyəsi iradənizdən asılıdır. Ən kiçik irəliləyiş belə, sizi ruhlandıra bilər.
 
Günün ikinci yarısında kompleks və zəifliklərinizin öhdəsindən gələ bilərsiniz.
Səhhətinizə fikir verin. Yaşam tonusunun aşağı düşməsi nəticəsində bihallıq və xəstələnmək riski var.
Yaşlı qohumla münaqişə etməyin.
 
Dolça - gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır. Çətin, malik olduğunuzdan artıq bilik və təcrübə tələb edən işlərlə qarşılaşacaqsınız.
Şəxsi münasibətlər zəminində dəyişikliklər ola bilər.
Günün ikinci yarısında yeni işə başlasanız, onu maraqla və ciddi şəkildə yerinə yetirəcək, çox parlaq şəkildə başa vuracaqsınız.
Gəlirləri artırmaq, səylərinizin və əldə olunan nəticənin etirafı imkanları yaranır.
Səhhətinizlə rasionunuza fikir verin.
Həzm prosesində problemlər yarana bilər.
 
Balıqlar - peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.
Günün ikinci yarısında işlərinizi başqalarına etibar və həvalə etməyin. Başladığınız işləri yarımçıq qoymayın, prosesləri diqqət mərkəzində saxlayın.
 
Günün ikinci yarısında səhhətinizə fikir verin. Bədxahlarınızın zərərli təsirlərinin dağıdıcı səciyyə almasına imkan verməyin.
Nüfuz və simanızı qoruyun. Kiminsə böhtanı sizə ağır zərbə vura bilər.
 
Milli.Az